[K] >  [Khazar Ahmetnijadi Şiirleri] > Azerbaycan Şiiri
Sponsored Links

Khazar Ahmetnijadi - Azerbaycan

Gönderen:Daisy_91
Eklendi:
Yeni Şiir Eklemek İçin Tıklayın Şiir Ekle      Hata DüzeltHata Düzelt
Azerbaycan, güneş her gün batanda
Yavaş-yavaş dağ dalında qalanda
Quşlar göyde deste-deste uçanda
Selam olsun senin gözel sözüve
Sözlerim var üregimden özüve

Azerbaycan, könül sözden doludur
Söylemeyi boşaltmağın yoludur
Derdli ürek mahnıları oxudu
Ürek derdin dağladılar derdsizler
Derdin elin bağladılar qemsizler

Yel esende göyde bulut qaçırdı
Qaça-qaça yağışların damardı
Yerden sular yavaş-yavaş axardı
Çiçek yerde sudan dilek alardı
Topraq ise öz üregin yarardı

Azerbaycan, savalanın eteyi
eteyinde arıların peteyi
balçıların neçe aylıq emeyi
petekleri bir-bir ordan yığarlar
arılar da herdem qaş-göz atarlar

Azerbaycan, güneş çayır nazlayır
İsti güneş daş üreyi dağlayır
ekinçiler işlerini başlayır
buğdaları yerde bir-bir ekirler
eyle bil ki yeşilliyi serirler

Azerbaycan, dağçı dağa aşardı
herdem de bir ordan yere baxardı
bayrağını dağ başına taxardı
yel esende bayraqlar da oynardı
başarını dağçılar da qutlardı

dağlarında aşıqların zurnası
şelte tuman qadınların hırnası
yaylaqların qışlaqların havası
toylarında sağduş- solduş qoyarlar
şabaşları bey geline yığarlar

Azearbaycan, bir uçuram üstünde
acıları çox görürem üzünde
neden bele yaş doludur gözünde
qara bulut göy üzüne qonubdur
yağış yağdır üreyin ki dolubdur

Seni bele qeme salan nelerdi?
ağacları kesib yere serendi?
yoxsa senin geçmişivi derendi?
o gönlüve sevinc veren men olam
sen isteki yolunda qurban olam

Qarabağı Ermeniler aldılar
Bağlarını yandırdılar yaxdılar
Gözel üzün parçalayıb asdılar
Anasından balasını alıblar
Düşmanlığın sınavını yazıblar

Azerbaycan, anaların gözyaşı
İnsanların bir-birine sözdaşı
ehrimenin melaike savaşı axdırıblar yer üzüne qanları
becerdibler saraylarda xanları

Küçelerin sessizliyin itirmek
qaranlığın bayrağını indirmek
çeperdeki bülbülleri dindirmek
ya da uçub quşlar kimi köçerik
göyqurşağın gözelleligin sökerik

Azerbaycan, ox tikanın acısı
zehir saçan ilanların sancısı
sümüklerin sınmağının ağrısı
heç yetişmez bulutdakı yağmamış
qara sular yağmuru ki axmamış

Qara yağış heç yağmasın, axmasın
bulutlar da qara suyun sağmasın
yeşilliyin gözel evin yıxmasın
bayquş kimi uyuldayıb, baxırlar
bizden neyi gör neleri çalıblar?

Azerbaycan, nenem çörek yapardı
gözlerinden herdem bir yaş axardı
yaddan çıxıb çöreklerden yanardı
ne gözeldi penir-çörek yemesi
ondan sonra mene sağol demesi

Qış olanda dedem nağıl deyerdi
O, Cırtdan'ın çevikliyin severdi
arada da bir söz atıb gülerdi
gece bize noxud-kişmiş vererdi
ondan sonra bir-bir bizi öperdi

Azerbaycan, kend otağın kürsüsü
Seher-seher tendirlerin tüstüsü
Qadınların yaşmaqları örtüsü
Qar soyuğu yanaqları yandırar
Dam-duvarın bacasını basdırar

Xatırladım nenemin sandıqçasın
sandığında noğulların alçasın
cahazından yadıgarlıq xalçasın
sandığından bize noğul paylardı
neveler de qaqqa nene çağrardı

Azerbaycan, acı çayın axardı
qırağında qızlar bulaq qazardı
bulaqların şirin suyu daşardı
qızlar önce suyun lehin alardı
Ondan sonra debbelere yığardı

Çay içinden qızlar balıq tutardı
qadınlar da paltarların yuyardı
kiçik qızlar çaydan beş-daş tapardı
Men de ora tez-tez qonaq gederdim
Çay-çayırın gözelliyin severdim

Uşaq qalıb heç böyümeseydim
ömür böyü acılar görmeseydim
geleceyin içinde sönmeseydim
xezer kimi dalqalanıb daşıram
Güneş kimi gece-gündüz yanıram.
© 2003-2020 www.alternatifim.com/ Her Hakkı Saklıdır.